G20 sammiti: 19 lider iqlim dəyişikliyinə dair öhdəlikləri təsdiqləyirbackend

G20 sammiti: 19 lider iqlim dəyişikliyinə dair öhdəlikləri təsdiqləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BBC-yə istinadən xəbər verir ki,Hamburqda qəbul edilən bəyannamə ABŞ-ın iqlim dəyişikliyinə dair Paris sazişindən çıxdığını qeyd edir.
ABŞ prezidenti Donald Trump razılaşmadan çıxdığını ötən ay elan etmişdi.
Cümə və şənbə günü keçirilən danışıqlarda ABŞ-la digər ölkələrin mövqeləri arasındakı fərqi aradan qaldırmaq mümkün olmayıb.
Almaniya kansleri Angela Merkel danışıqların \”çox çətin\” keçdiyini bildirir.
Nümayəndə heyətləri yekun bəyannamədə əks olunacaq ifadələri razılaşdırmaq üçün səhərədək işlərini davam etdiriblər.

G20-nin (İyirmilər Qrupu) zirvə görüşü 19 ölkə və Aİ-ni bir araya gətirir.
Almaniyanın Hamburq şəhərində yer alan dünya liderlərinin forumu etirazlar fonunda keçir.
Nümayişçilər Donald Trumpla Vladimir Putinin sammitə qatılmasına və sosial ədalətsizliyə etiraz edirlər. Onlar həmçinin iqlim dəyişməsinə diqqət yetirməyə çağırırlar.
Cümə günü zorakılıqla müşayiət olunan çıxışlar vaxtı polislə etirazçılar arasında toqquşmalar baş verib.

İnterpress.az