İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Hamburgda reallaşan G20-nin ilk gün səfərindən sonra yemək ziyafəti verildi. Liderlər fərqli mətbəxlərdən olan yeməklərin dadına baxdı.
Aralarında Rusiya Dövlət Başçısı Vladimir Putin, ABŞ prezidenti Donald Trump və Prezident Rəcəb Tayyib Ərdoğanın da olduğu yeməkdə menyuda hər zövqə görə yemək vardı.
Liderlərin bir araya gəldiyi masada hisə verilmiş balıq, şorba, pendir, Fricassee toyuq, xərçəng və qara düyü vardı. Desert olaraq meyvə verildikdən sonra liderlər Elbphilarmonie konsert salonuna üz tutdular.
Qeyd edək ki, yemək ziyafətində Rusiya Dövlət Başçısı Putin və ABŞ birinci xanımı Melania Trump yan-yana yemək yedi. İkili arasındakı maraqlı söhbət diqqətlərdən qaçmadı.
İnterpress.az