İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Mad Cool Musiqi Festivalının Alt-J ilə Green Day konsertləri arasında 30 metr yüksəklikdə altı açıq şüşə bir kubun içində akrobatlıq nümayiş edən Pedro Aunión Monroy, minlərlə adamın gözləri qarşısında yıxılaraq həyatını itirdi. 1975-ci il təvəllüdlü akrobata ilk müdaxilə təşkilatın səhiyyə qrupları tərəfindən edildi. Ardından xəstəxanaya qaldırılan Aunioni xilas oluna bilmədi.
Qəzanın krana bağlı olan təhlükəsizlik ipinin qopması üzündən meydana gəldiyi təxmin edilir.
Qəzayla əlaqədar istintaq başladıldığı öyrənildi.
Festival rəhbərliyi isə təşkilatın davam edəcəyini, ancaq festivalın bugünkü proqramının açılışında akrobatın xatirəsinə qısa bir xatırlamanın ediləcəyi açıqlandı. Digər tərəfdən bir çox adam ictimai mediada akrobatın ölümü üzərinə festivalın ləğv edilməməsini tənqid etdi.
İnterpress.az