İnterpress.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb. Kənd sakini Əliyar Əliyevə məxsus birmərtəbəli 5 otaqlı fərdi yaşayış evi yanıb. Yanğın zamanı Ə.Əliyevin 7 yaşlı oğlu Hüseyn Əliyev tüstüdən zəhərlənmə nəticəsində ölüb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
Yanğının başvermə səbəbləri araşdırılır.
İnterpress.az