İnterpress.az xəbər verir ki, bunu o, G20-nin sammitində deyib. Ərdoğan ittihamını Türkiyə kəşfiyyatının təqdim etdiyi məlumatlarla əsaslandırıb. Hamburq sammitinin yekunlarına dair mətbuat konfransında Ərdoğandan hüquq-müdafiə təşkilatı fəallarının nə üçün saxlanıldıqları soruşulub. Siyasətçi izah edib ki, hazırkı mərhələdə bəzi hüquq müdafiəçilərinin Böyükada adasındakı otelə \”çevriliş cəhdinin hansısa bir davamını müzakirə etmək\” üçün toplaşıb-toplaşmadıqları müəyyən edilir. Türkiyə lideri, həmçinin qeyd edib ki, hazırda AI fəallarının işi məhkəmədədir və o, araşdırmalar nəticəsində nəyin ortaya çıxacağını bilmir. (report)
İnterpress.az