Artrit – xilas olbackend

Artrit – xilas ol

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Faydası saymaqla bitməyən bal və darçın ilə artriti müalicə etmək mümkündür. Bal və darçından hazırlanan bu qarışıqları həm yeyə, həm də ağrı olan bölgəyə masajla tətbiq edə bilərsiniz.

Yemək üçün bal və darçın qarışığı

Tərkibi:

1 çay qaşığı üyüdülmüş darçın

1 yemək qaşığı bal

2 yemək qaşığı ilıq su

Hazırlanması:

2 yemək qaşığı ilıq suya, bir yemək qaşığı bal və bir çay qaşığı üyüdülmüş darçını əlavə edib məcun halına gələnə qədər qarışdırın. Səhər və axşam acqarına yeyin. Bir həftə ərzində bu resepti tətbiq edin, bir ay sonra ağrılarınızın azaldığını hiss edəcəksiniz.

Masaj üçün bal və darçın qarışığı

Tərkibi:

Yarım stəkan bal

1 səkan ilıq su

1 çay qaşığı toz darçın

Hazırlanması:

Bir stəkan ilıq su ilə yarım stəkan balı qarışdırıb üzərinə bir çay qaşığı toz darçın əlavə edin. Hazırlanmış bu qarışığı bədəndə ağrı olan bölgəyə sürtün.

Artrit - xilas ol

İnterpress.az