İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Ərəb Birliyi Baş katib müavini Husam Zeki, ictimai mediadan etdiyi yazılı şərhdə, \”Müalicə gördüyü Kanadada həyatını itirən Bin Hillinin yoldaşlarına və dostlarına böyük bir kədərlə başsağlığı diləyirik. Özünə Allahdan rəhmət və bağışlama, ailəsinə səbr və mətanət diləyirik\”-ifadələrini istifadə etdi. Cəzairin Tlemsan vilayətində 1940-cı ildə dünyaya gələn Əhməd bin Hilli, Ərəb Birliyi Baş katib məsləhətçiliyi və Ərəb Birliyi Baş katib köməkçisi vəzifələrini icra edib. Son olaraq Ərəb Birliyi Baş katib vəkili edən Bin Hilli, daha əvvəl ölkəsinin Sudan səfiri olaraq vəzifə yerinə yetirmişdi.
İnterpress.az