İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Komissiyanın, bu gündən etibarən Körfəz və Ərəb ölkələrinin boykotundan zərər görən ictimai və xüsusi sektorlar ilə kəslərin bütün şikayət, ərizə və iddia fayllarını qəbul edəcəyi eşitdirildi.
Məlumata görə, Qətər ədliyyə naziri Həsən bin Lehdan əl Muhennedi, etdiyi mətbuat şərhində, \”Son böhran, Qətərin etibarlılığını, ikitərəfli və beynəlxalq razılaşmalara uyğun gəlməyən bəziı dövlətlərin əksinə qanunlara bağlılığını sübut etdi\” dedi.
Ölkəsinin təhlükəsizliyi, sabitliyi, vətəndaşlarının və torpaqlarında yaşayanların hüququnu qorumaq üçün lazım olan bütün qanuni tənzimləmələri gerçəkləşdirəcəklərini ifadə edən Muhennedi, bunları qeyd etdi:
\”Qətər, bu məqsədlə beynəlxalq qanun və qaydalara görə içəridə və çöldə lazım olan bütün tədbirləri görür. Kompensasiya komissiyası, bütün hadisələri izləyəcək, zərərin dərəcəsi nə olursa olsun zərər çəkmiş insanlar üçün zərərlərini kompensasiya etmək məqsədiylə bütün mənfi inkişaflar ələ alınacaq\”.
Qeyd edək ki, Qətər və bəzi ərəb ölkələri arasındakı böhran, 5 iyunda Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn rəhbərliklərinin Qətər səfirlərini geri çəkmələri və hava ilə dəniz sahələrini Qətərin üzünə bağlamaları ilə başlamışdı.
İnterpress.az