İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Avstriya xarici işlər nazirliyindən spiker \”Avstriya xarici işlər naziri Sebastian Kurzun, Türk iqtisadiyyat nazirinin ölkəyə girişinə icazə vermədiyini təsdiqləyirəm\” ifadəsini istifadə etdi.
Avstriyada yayımlanan Die Presse qəzetində yayımlanan şərhə görə isə, \”Türk nazirin ikitərəfli görüş üçün təbii ki xoş qarşılanacağı, amma fəaliyyətinin ölkədə təhlükəsizlik problemi yarada biləcəyi\” ifadə edildi.
Qeyd edək ki, Hollandiya hökuməti, baş nazir müavini Tuğrul Türkeş, 15 iyul zərbə cəhdinin ildönümü səbəbiylə çərşənbə axşamı günü Apeldoorn şəhərində keçiriləcək yığıncağa qatılmasını \”arzu etmədiyini\” açıqlamışdı.
Niderland Xarici İşlər Nazirliyindən keçən həftə verilən açıqlamada, \”mövcud şərtlərdə iki ölkə arasındakı mövcud əlaqələr baxımından Türkeş ya da hər hansı bir kabinet üzvünün Hollandiyaya gəlməsinin, arzu edilən bir vəziyyət olmadığı\” vurğulandı.
İnterpress.az