Zəhranın ölümü ilə bağlı NATO Baş katibinə etirazbackend

Zəhranın ölümü ilə bağlı NATO Baş katibinə etiraz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tədbirdə Ukrayna prezidenti Petro Poroşenko, NATO-nun Baş katibi Yens Stoltenberq və digər rəsmi şəxslər iştirak edəcəklər.

Həmin vaxt ATƏT-in Ukrayna ofisinin qarşısında Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və Ukraynada yaşayan soydaşlarımız tərəfindən Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonu Alxanlı kəndinin dinc sakinləri – Quliyeva Sahibə İdris qızına və 2 yaşlı Quliyeva Zəhra Elnur qızına qarşı törətdiyi vəhşiliklərlə bağlı yürüş təşkil olunacaq.

Yürüşün qətnaməsi isə NATO-nun Baş katibi Yens Stoltenberqə təqdim olunacaq.

Xatırladaq ki, iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin müki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə və qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar.

Digər mülki şəxs, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib.

İnterpress.az