\”C-130\” tipli hərbi təyyarənin partlaması nəticəsində 16 nəfər həlak olub. Bu barədə ABŞ fövqəladə hallar xidməti məlumat yayıb.
Əvvəlcə 4 nəfərin ölümü barədə məlumat verilmişdi. Bildirilirdi ki, Memfis şəhərindən havaya qalxan təyyarənin göyərtəsində 8 nəfər olub.
Təyyarə Leflor dairəsi yaxınlığında qəzaya uğrayıb. Ehtimala görə hərbi təyyarə havada partlayıb. Təyyarənin qalıqları şosse yolunun hər iki tərəfində tapılıb. Bu fakt isə onun havada partlamasına dəlalət edir.
İnterpress.az