Ərdoğan BBC-yə danışdı: “Lütfən dünyanı bu yalanlarla aldatmayın”backend

Ərdoğan BBC-yə danışdı: “Lütfən dünyanı bu yalanlarla aldatmayın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Hardtalk proqramında Zenab Badawinin sualları cavablayan Ərdoğan, \”Türkiyənin öz ayaqları üzərində dayana biləcəyini\” ifadə etdi. Ərdoğan \”Əgər AB qəbul etməyəcəyini söyləsə Türkiyə rahatlayar\” – dedi.
Ərdoğan məhbus jurnalistlərə bağlı suala cavab olaraq -məhbus olan 150 mətbuat mənsubunun yalnız ikisinin sarı mətbuat kartı olduğunu ifadə etdi, \”Lütfən dünyanı bu yalanlarla aldatmayın\”- dedi.

AB zamanımızı boş şeylərə xərcləyir deyən Ərdoğan \”Biz sözlərimizə sadiq olduq. Əgər AB açıq bir şəkildə Türkiyəni qəbul edə bilməyəcəyi deyirsə, bu bizim üçün rahatlaşdırıcı olacaq. O zaman B və C planlarımız həyata keçər\”- ifadələrini istifadə etdi.

Prezidentliyin ilk dövründə Türkiyənin Avropa Birliyi liderlər zirvələrində səssiz inqilab reallaşdırmış bir ölkə olaraq təyin olunduğunu söyləyən Ərdoğan, \”İndi eyni AB yalnız bizi liderlər zirvəsinə dəvət etməməklə qalmır, zamanımızı da boşa xərcləyir. İndi vəziyyət bu \”dedi.

Ərdoğan, Türklərin əksəriyyətinin \’AB-yə girmək istəmədiyini\’, AB-nin Türkiyəyə qarşı rəftarının səmimiyyətsiz olduğunu düşündüyünü müdafiə etdi.

Ərdoğan, \”Bütün bunlara baxmayaraq, biz qısa bir müddət daha AB ilə səmimi olmağa davam edəcəyik. Bunun bizə nə gətirəcəyini görəcəyik \”dedi.

İnterpress.az