Trump Jr-ın başı dərddə: Rus vəkil Natalia ilə görüş böhran yaratdıbackend

Trump Jr-ın başı dərddə: Rus vəkil Natalia ilə görüş böhran yaratdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, New York Times (NYT) oğul Trumpın, New Yorkdakı Trump Towerda seçkidən əvvəl 9 iyun 2016- da \”Kremlin ilə yaxın əlaqəsi olduğu\” ifadə edilən Rus hüquqşünas Natalia Veselnitskaya ilə görüşdüyünü yazdı. Trump Jr, əvvəl görüşün kimsəsiz rus uşaqların amerikalı cütlüklər tərəfindən övladlığa edinilməsiylə əlaqədar qadağan mövzusunda olduğunu söylədi. Ancaq daha sonra vəkillə görüşdüyünü və atasının rəqibi Hillari Klinton haqqında məlumat aldığını qəbul etdi.

Trump Jr dünən də Klintonun başçılıq etdiy seçki kampaniyasına zərər verəcək məlumatları verməsi təklifini qəbul etdiyi danışmaları da, ehtiva etdiyi görülən bir sıra e-poçtu Twitter hesabından paylaşdı. Yazışmalarda, Trump Jr-ın Rus vəkillə təmasını təmin etdiyi iddia edilən ictimai əlaqələr mütəxəssisi Rob Goldstone, \”Bunlar təbii ki üst səviyyə və həssas məlumatlar, amma Rusiya və Rus hökumətinin Trumpa olan dəstəyinin bir hissəsi\”. Trump Jr-ın bu yazışmaları paylaşması, ABŞ mediasında sızdırılan məlumatların önünə keçmə səyi olaraq görülür.

Trump Jr-ın maillerini Twitterdən nəşr ardından, ABŞ prezidenti Donald Trump da, \”Oğlum yüksək keyfiyyətli, zəkalı bir uşaqdır. Şəffaflığı səbəbindən onu alqışlayıram \”dedi.

İnterpress.az