Alman xarici işlər Nazirindən Merkelə ağır tənqidbackend

Alman xarici işlər Nazirindən Merkelə ağır tənqid

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Almaniya xarici işlər naziri Sigmar Gabriel, Almaniya Baş naziri Angela Merkelə sərt tənqidlər yönəltdi.

Hamburgda təşkil edilən G20 zirvəsiylə əlaqədar Funkeyə verdiyi reportajda danışan Gabriel, Merkelin zirvədə reallaşan şiddət hadisələrindən məsul olduğunu müdafiə etdi. Merkelin indiyə qədər görülməmiş bir saxtakarlıq səviyyəsi göstərdiyini iddia edən Almaniya xarici işlər naziri, seçkilərə iki ay qalmış Merkelin G20 zirvəsini öz təqdimatı üçün istifadə etdiyini irəli sürdü.

Gabriel, Hamburgda edilən zirvəni \’topdan bir iflas\’ olaraq təyin etdi.

Hamburg Bələdiyyə Başçısı Olaf Scholza yönəldilən istefa çağırışlarını qiymətləndirən Gabriel, Scholzun istefasını istəyənlərə Merkelin də istefa tələb etmələri lazım olduğunu söylədi.

İnterpress.az