İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da Respublikaçıların yaxın olan Kid Rokun Miçiqanda siyasətə atılacağı danışılır. Gərçək adı Robert James Ritchie olan müğənni Twitter hesabından yeni loqosunu və websitesini yerləşdirib. Uzun zamandır pərəstişkarlarından \’siyasətə gir\’ təzyiqinə gəldiyini söyləyən Kid Rock, \”Yaxın gələcəkdə çox böyük bir açıqlamam olacaq\” deyib.
Kid Rokun məmləkəti Michigandan senator namizədi olması gözlənilir. 2018-ci ildə reallaşacaq seçkilərə girməsi danışılan Kid Rokun rəqibi isə bu mövqeyə 2000-dən bəri oturan Demokrat senator Debbie Stabenowdur.
Daha əvvəl Barak Obamanın vəzifəyə gəldiyində səhnə tədbirlərin birində iştirak edən Kid Rock, keçdiyimiz aylarda da Donald Trumpı ziyarət etmişdi. Kid Rock, İngiltərənin məşhur qəzetlərindən Guardiana, \”Mən maliyyə və hərbi məsələlərdə qətiliklə Respublikaçıların yanındayam, lakin ictimai problemlərdə ortadayam\” ifadəsini istifadə etmişdi.
İnterpress.az