İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, haqqlarında həbs əmri çıxarılan keçmiş başçı Humala və həyat yoldaşı Heredia polis tərəfindən göz altına alındı. Humala, ədliyyəyə gətirilərkən ictimai media üzərindən \”Bu, həm bizim və hər kəsin hüquqlarını müdafiə edərkən qarşılaşacağımız iqtidarın vəzifəsini sui-istifadə etdiyinin sübutudur\” mesajını paylaşdı.
Məhkəmə, vəkillərin xaricə qaçma ehtimalı səbəbiylə məhbus mühakimə etmə tələbini qəbul etdi. Özü və həyat yoldaşı haqqındakı ittihamları rədd edən Humala, özündən əvvəlki sağçı Dövlət Başçısı Alberto Fujimorinin 2009-dan bəri qaldığı paytaxt Limadaki həbsxanada göndərildi. Ölkədə sol sosialist seqmentə böyük təzyiq tətbiqindən və insan hüquqlarını pozmaqda ittiham olunaraq həbs edilən Fujimorinin səhhəti ilə əlagədar əfv tələbi Humala tərəfindən rədd edilmişdi.
2011-2016-ci illər arasında dövlət başçılığı vəzifəsini boynuna götürən Humala və həyat yoldaşı, Braziliyalı Odebrecht şirkətindən 2011 seçki kampaniyası üçün qeyri-qanuni olaraq bir milyon dollar pul aldıqları və 2006 prezident seçkiləri üçün dövrün Venezuela Dövlət Başçısı Hugo Çavezin qanunsuz pul köçürməklə günahlandırılır.
İnterpress.az