İnterpress.az Lent.az-a istinadən xəbər verir ki, Gürcüstan vətəndaşı, 1995-ci il təvəllüdlü Kambar Asif Ramiz oğlu Qazax rayonu ərazisində – “Qırmızı Körpü” buraxılış məntəqəsindən qonşu ölkəyə keçmək istəyərkən tutulub.
Qeyd edək ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1997-ci il təvəllüdlü Kamran İsmayılov daha əvvəl tutularaq istintaqa təhvil verilib.
Bildirilir ki, məlum cinayətlə bağlı daha bir nəfər də axtarışdadır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
İnterpress.az