İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, AB-nin çətin dövrdə də Türkiyənin yanında olduğuna vurğu edən Juncker, \”Zərbə cəhdindən bir il sonra AB-nin Türkiyəyə uzatdığı əl dayanır\” deyə yazdı. Türkiyənin də açıqca Avropanın rəngini tanımasını və AB dəyərlərini təqib etməsini gözlədiklərini yazan AB Komissiya sədri, \”Avropa Birliyi olaraq, qonşumuzun sabit demokratiya və iqtisadi istiqamətdən müvəffəqiyyətli olmasına dəyər veririk\” ifadələrini istifadə etdi.
AB-nin atdığı addımların mərkəzində Türk xalqı olduğuna diqqət çəkən Juncker, \”Türkiyənin Avropadan uzaqlaşma yerinə bizə yaxınlaşmasını ümid edirəm\” deyə yazdı.
Prezident Ərdoğan ilə açıq bir əlaqə qurulmasından yana olduğunu ifadə edən Jean Claude Juncker, AB-nin Türkiyəyə istiqamətli perspektifinin müəyyən şərtlərə bağlı olduğunu da vurğuladı. Juncker, \”AB-yə üzv olmaq istəyən biri, dəyərlər birliyinə qatılır deməkdir … İnsan hüquqları, mətbuat azadlığı və hüquq dövləti kimi dəyərlər birliyi ilə Welt qəzeti müxbiri Deniz Yücelin aylarla iddianamə olmadan məhbus qalması ilə barışmaq olmaz \” dedi.
Türkiyədə edamın yenidən gətirilmək istənməsinin əlaqələrin sonu mənasını gələcəyinə vurğu edən Juncker, \”Türkiyə edamı yenidən gətirəcək olsa, Türk hökuməti AB üzvlüyünə qapını tamamilə bağlamış olur\” deyə yazdı.
İnterpress.az