“Trump, Paris İqlim müqaviləsiylə əlaqədar bir həll tapacaq”backend

“Trump, Paris İqlim müqaviləsiylə əlaqədar bir həll tapacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Macron, ABŞ prezidenti Donald Trumpın, gələcək aylarda ABŞ-ın Paris İqlim müqaviləsinə təkrar daxil olması mövzusuna həll tapmağa çalışacağını söylədi.
 
Macron, Journal le Dimanche qəzetinə verdiyi müsahibədə, Trump rəhbərliyinin ABŞ-ın Paris İqlim müqaviləsinə bağlı yanaşmasını qiymətləndirdiyi bildirib.
 
Trumpın iqlim razılaşmasının mahiyyətini anladığını ifadə edən Macron, \”Trump, gələcək aylarda (Paris İqlim Razılaşması) ilə maraqlı bir həll tapmağa çalışacağını söylədi. ABŞ-ın təkrar razılaşmağa geri dönməsi üçün nələr edilməsi lazım olduğuna dair ətraflı danışdıq\”- ifadələrini istifadə etdi.
 
Macron, ABŞ ictimaiyyətin iqlim müqaviləsində qalmasını və iqlim dəyişikliyiylə mübarizə edilməsini istədiyini ifadə edərək, ABŞ ilə əlaqəni davam etdirmənin əhəmiyyətinə işarə etdi.
 
Xatırladaq ki, Trump, iyun ayında etdiyi danışmada, ölkəsinin Paris İqlim Anlaşmasından çəkiləcəyini bildirmişdi. İqlim dəyişikliyiylə əlaqədar razılığa 2015-ci ildə təxminən 200 ölkə təsdiq vermişdi.
 
Qeyd edək ki, Trump, Macron ilə cümə axşamı günü Elysee Sarayında görüşmüş, sonra cümə günü Champs Elysee Meydanında 14 iyul Milli Gün qeyd etmələri çərçivəsində hərbi parad mərasimini izləmişdi.

İnterpress.az