Diasporla İş üzrə Dövlət Komitəsindən İnterpress.az-a verilən məlumata görə, aksiyada Ermənistan ordusunun vəhşiliyini göstərən plakat və banerlərdən istifadə olunub. İştirakçılar Ermənistanın işğalçılıq siyasətini pisləyən \”Sarkisyan uşaq qatilidir”, \”Terrora, təcavüzə dur deyirik”, \”Mən Zəhrayam!”, \”Zəhraya ədalət!” kimi şüarlar səsləndiriblər
Aksiyada Xocalı faciəsində həlak olmuş şəhidlər də yad edilib. Aksiyada Alman-Azərbaycan Mədəniyyət Evinin rəhbəri Təranə Tağıyeva, həkim Ruslan Cəfərli, Avropa Atatürkçü Düşüncə Dərnəyinin Bilefeld şöbəsinin rəhbəri Mehmet Ali Ölməz Alman və Azərbaycan dillərində çıxışlarında erməni vəhşilikləri barədə məlumat veriblər. Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün qəti tədbirlər görməsini tələb ediblər.
İnterpress.az