Trump  70 illik müddətdə Amerikalılar tərəfindən ən az təsdiq edilən lider oldubackend

Trump 70 illik müddətdə Amerikalılar tərəfindən ən az təsdiq edilən lider oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmaya görə; Ağ Evə çıxmasından bu yana keçən 6 ay içərisində Prezident Trump, 70 illik müddətdə Amerikalılar tərəfindən ən az təsdiq edilən lider oldu.
Araşdırmaya qatılanların yalnız yüzdə 36-sı, Trumpın Oval Ofisdəki performansından məmnundur. Bu nisbət, Trumpın 100 günlük fəaliyyətini belə 6 bal gerisində. Keçmiş ABŞ başçıları arasında bu nisbətə ən yaxın ad yüzdə 39-la Gerald Ford.
10-13 İyul tarixləri arası telefon üzərindən 1001 yetişkinliklə edilən ictimaiyyət yoxlamasına qatılanların yüzdə 63-ü, Trumpın oğlunun, kürəkəninin və kampaniya məsulunun seçki dövründə bir Rus vəkillə görüşünün əlverişsiz olduğunu düşünür. Yüzdə 60 isə rusların seçki kampaniyasını təsir etməyə çalışdığına inanır.
Araşdırma qatılanların yüzdə 48-i isə ABŞ-ın dünyadakı liderliyinin Trump dövründə daha güçsüzləştiyi fikrindədir. ABD-lilərin Obamanın səhiyyə islahatını qüvvədən qaldırma vədində olan Respublikaçılar dəstəyi isə yalnız yüzdə 24.

İnterpress.az