İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, NATO spikeri etdiyi şərhdə, Stoltenbergin xarici işlər naziri Mevlüt Çavuşoğlu və Almaya xarici işlər naziri Sigmar Gabrielin telefonla danışaraq, anlaşılmazlığa son vermələrini istədiyini söylədi.
\”Türkiyə və Almaniyanın hər iki tərəf üçün də qəbul edilə bilər bir ziyarət tarixində razılığa gələcəklərinə ümid edirik.\”
Almaniya Baş naziri Angela Merkel də dünən ARD televiziya kanalına etdiyi şərhdə, Konya NATO təməlindəki əsgərlərinin ziyarət edilməsinə icazə verilməsi lazım olduğunu söylədi.
Alman silahlı qüvvələri parlament yoxlamasına tabe olduğu üçün millət vəkillərinin əsgərləri ziyarət etmələri istənilir.
\”Problem son dərəcə kədərli\” deyən Merkel, NATO-nun da köməyiylə bu mövzuda yeni təmaslar edilməsi lazım olduğunu ifadə etdi.
İnterpress.az