“Məhəbbət alması” – Pomidorbackend

“Məhəbbət alması” – Pomidor

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tarixi qaynaqlarda pomidordan qida kimi ilk dəfə italyanların istifadə etdiyi məlumdur.
İtaliyada belə bir rəvayət mövcuddur ki, əvvəllər zəhərli olduğu düşünüldüyü üçün dekorativ bitki kimi yetişdirilən pomidor, özünü öldürmək istəyən bir şəxsin ondan yeməsilə həm dad olaraq, həm də sağlamlığına heç bir zərər etməməsilə sonradan insanlara məlum olub.
İlk vaxtlar pomidoru yetişməmiş, göy rəngdə yığarlarmış, qırmızıya çevrilən zaman onun xarab olduğunu düşünüb atırlarmış.
Yavaş-yavaş bunu da kəşf edib, biliblər ki, əslində yetişmiş pomidor qırmızı rəngdə olur.
Ən çox pomidor növü isə Amerikadadır. Fındıq boyda pomidordan, biri yarım kq çəkidə pomidora qədər cürbəcür növləri vardır.
Keçmişdə pomidora “peru alması”, “məhəbbət alması” da deyilirdi. Onun tərkibindəki serotonu \”xoşbəxtlik hormonu\” adlandırırlar.
Məhz onun köməyilə, insanın əhval-ruhiyyəsi qalxır, sinir sisteminin fəaliyyətini tənzimlənir, stres zamanı isə antidepressant kimi təsir göstərir.

“Məhəbbət alması” - Pomidor

Ən yaxşı xüsusiyyəti isə, bişirilən zaman C vitamini istisna olmaqla bütün vitamin tərkibini qorumasıdır.
Pomidorun tərkibini A, B, B2, B6, C, E, K, PP kimi vitaminlərlə yanaşı kalium, kalsium, sink, fosfor, maqnezium və dəmirlə zəngindir.
Bu meyvəyə qırmızı rəng verən “likopen” adlı antioksidant xərçəng xəstəlikləri əleyhinə əvəzolunmaz vasitədir. O, həm də beynin fəaliyyətini yaxşılaşdırır.
Bir stəkan pomidor şirəsi içməklə orqanizmi sutkalıq tələb olunan A və C vitaminləri ilə təmin etmək olar.
Onun tərkibindəki limon və alma turşusu maddələr mübadiləsini yaxşılaşdırır, iştahı açır.
Pomidor göz üçün də xeyirlidir.
O, orqanizmi cavan saxlayır.
Kimyəvi tərkibinə görə aspirinni xatırladan pomidor tromb əmələgəlməsinin qarşısını 72% alır və ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir.
Xüsusilə, qabıqları ilə yeyilən zaman həzmi yaxşılaşdırır.
Bədəndəki zərərli maddələrin xaric olunmasına kömək edir.
Pomidor həm də kosmetik vasitədir. Ondan dərini təravətləndirmək üçün, günəşin zərərli şüalarından qorunmaq üçün istifadə olunur.

İnterpress.az