Martin Landau vəfat edibbackend

Martin Landau vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Oskar mükafatı laureatı Los-Ancelesdə, müalicə aldığı Kaliforniya universitetinin tibbi mərkəzində ölüb.
89 yaşlı M. Landau 1960-70-ci illərdə çəkildiyi “Missiya yerinə yetirilə bilməz”, “Kosmos 1999” seriallarına görə məşhurlaşıb. 1994-cü ildə “Ed Vud” filmindəki roluna görə M. Landau ən yaxşı ikinci dərəcəli aktyor kimi Oskar mükafatına layıq görülüb. 2 dəfə (1968 və 1988-ci illərdə) “Qızıl Qlobus” mükafatını alıb.

İnterpress.az