İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Qətərin rabitə naziri Şeyx Seyf ibn Əhməd Əl Sani kiber-hücumu terror adlandırıb. O deyib:-\”Körfəz ölkələrindən biri tərəfindən həyata keçirilən bu hücum beynəlxalq kiber-terrordur. Bu, beynəlxalq hüququn aşkar şəkildə pozulmasıdır. Qətər prokurorluğu bu cinayətin səbəbkarlarına qarşı lazımi tədbirləri görəcək\”.
İnterpress.az