İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Khan, Amerika nəşr quruluşu CNN-ə etdiyi şərhdə, dövlət ziyarətlərinin normal ziyarətlərdən fərqli olduğunu və ABŞ prezidenti Trumpın siyasətinin bir çox ölkə tərəfindən qəbul etmədiyinə diqqət çəkərək, özünü qırmızı xalça ilə qarşılamağımızın uyğun olmayacağını düşünürəm deyə danışdı.
Qeyd edək ki, İngiltərə Baş naziri Theresa May yanvar ayında ABŞ-a etdiyi rəsmi səfərdə Trumpı İngiltərəyə dəvət edib, Trump isə bu dəvəti qəbul etmişdi. Ancaq Telegraph qəzeti Washington qaynaqlı xəbərində, söz mövzusu səfərin tarixi haqqında hər hansı bir razılaşmanın edilmədiyi bildirilib.
Khan isə belə bir ziyarət olması vəziyyətdə üzərinə düşən vəzifəni yerinə yetirəcəyinii dilə gətirib.
Khan bir müddət əvvəl də Donald Trumpın bəzi müsəlman ölkələrdən gələnləri ABŞ-a daxil qadağanı qoymasını sərt bir dillə tənqid etmişdi.
İnterpress.az