İnterpress.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. Onun sözlərinə görə, Azərbaycanda istehsal olunan mallar və məhsullar MDB ölkələrinə gömrük rüsumu olmadan idxal olunur.
“Biz Türkiyə iş adamlarının da bu sahədə aktiv olmasını istəyirik. Təəssüflər olsun ki, Türkiyə mallarının idxalı zamanı biz bir sıra problemlərlə qarşılaşırıq. Bir sıra hallarda bəzi türk iş adamları vergi ödəməkdən yayınmaq üçün ikili invoysa əl atırlar. Bununla da türk iş adamları Azərbaycanda vergidən yayınmağa çalışırlar. Azərbaycanda idxal-ixrac prosedurları üçün hər cür şərait yaradılıb. Mən sizi tanıdığız iş adamlarına düzgün şəkildə işləməyi deməyinizi çağırıram”.
Komitə sədri bildirib ki, son zamanlar gömrük sahəsində qanunvericiliklə bağlı ciddi təkmilləşdirmə işləri aparılır və bunun hesabına Azərbaycan investisiya baxımından olduqca əlverişli məkana çevrilib: “Gömrük sahəsində tətbiq etdiyimiz elektron sənəd mübadiləsi, “Yaşıl”, “Sarı”, “Qırmızı” dəhlizlərin tətbiqi, gömrük rüsumlarından azadolmalar və sair də buna aiddir. Azərbaycanda əlverişli investisiya mühiti formalaşıb”.
İnterpress.az