Hadisə rayonun Talış kəndində baş verib.
Sözü gedən kəndin sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Kür çayında batan Bəxtiyar Ağavəli oğlu Qəhrəmanov və onun oğlu Fuad Bəxtiyar oğlu Qəhrəmanovdur: “Kür çayı onların evinin yanından keçir. Ata-bala çimərkən batıblar”.
Kənd sakinləri bildiriblər ki, hazırda Kür çayında batanların axtarışları davam edir.
İnterpress.az