İnterpress.az xəbər verir ki, Donetsk Xalq Respublikası Ukraynada 3 il əvvəl başlayan münaqişədən sonra təktərəfli olaraq müstəqilliyini elan edib. Bu dəfə isə yeni bir dövlətin qurulması təklif edilib. Dövlətin adı isə \”Malorossiya\” olacaq.
Donetsk Xalq Respublikasının lideri Aleksandr Zaxarçenko açıqlama verərək bildirib ki, Ukrayna çökmüş bir dövlətdir. Zaxarçenko beynəlxalq ictimaiyyəti \”Malorossiya\”nı dəstəkləməyə çağırıb.
Bildirilir ki, yeni dövlətin paytaxtı Donetsk şəhəri müəyyənləşdirilib. Bu yaxınlarda Malorossiyanın yeni statusunu təyin edən konstitusiya referenduma təqdim ediləcək.
İnterpress.az