İnterpress.az-ın məlumatına görə, sutka ərzində 98 terrorçu məhv edilib. Bu barədə Əfqanıstanın müdafiə nazirliyi məlumat verib.
Məlumatda deyilir: \”Son 24 saat ərzində Əfqanıstan təhlükəsizlik qüvvələri bir sıra rayonlarda terrorçulara qarşı əməliyyat keçiriblər. Nəticədə 98 terrorçu zərərsizləşdirilib, 36-ı isə yaralanıb\”.
Məhv edilən terrorçular arasında Taliban və İŞİD üzvləri var.
Hökumət qüvvələrinin itkiləri barədə məlumat verilmir.
İnterpress.az