İnterpress.az report-a istinadən xəbər verir ki, bədbəxt hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi bina 3 mənzil 37 ünvanında yaşayan 2016-ci il təvəllüdlü Əmənova Rüqayyə Elnur qızı evin pəncərəsindəki tora toxunarkən 3-cü mərtəbədən yerə yıxılıb. Uşaq ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.
Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.
İnterpress.az