Lent.az xəbər verir ki, hadisə Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsində baş verib. Hələlik markası və nömrəsi müəyyən edilməmiş avtomobil İtaliya vətəndaşı, 1969-cu il təvəllüdlü Sabrina Roççini vurub. Qadın xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.
Qəzanı törədən sürücü axtarılır.
İnterpress.az