Azərbaycan çempionu “Qarabağ” da mərhələnin ilk oyununa çıxacaq.
Ağdam təmsilçisi öz meydanında Moldovanın “Şerif” klubunu qəbul edəcək.
Xatırladaq ki, “Qarabağ” 2-ci təsnifat mərhələsində “Samtredia”nı (Gürcüstan), “Şerif” isə Albaniyanın “Kukesi” klubunu mübarizədən kənarlaşdırıb.25 iyul
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, ilk oyun
21:00. “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova)
Baş hakim: Sergey Sinkeviç
Baş hakimin köməkçiləri: Yevgeni Romanav, Vitali Malyutsin (hər ikisi Belarus)
Dördüncü hakim: Viktor Şimusik (Belarus)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
İnterpress.az