İnterpress.az xarici mətbuata istinadən bildirir ki, ABŞ-da aparılan araşdırma, hərbi hissələrdə daha əvvəl ölüm və ya yaralanmayla nəticələnən intihar hadisələrinin, eyni vahiddən olan əsgərlər arasındakı intihar cəhdi nisbətini artırdığını ortaya qoydu.
Dövlətə aid Sağlamlıq Elmləri Xidmətlər Universitetindəki psixiatrlar, 2004 və 2009-ci illər arasında aktiv vəzifədə olan əsgərlərin intihar məlumatlarını analiz etdi.
Analiz nəticələri, 600 nəfərlik bir hərbi hissədə, əvvəlki ildə yaşanan intihar cəhdlərinin, əsgərlərin intihar cəhdində iştirak etmək ehtimalını 2,3 qat artırdığını ortaya qoydu.
Araşdırmada, ABŞ ordusunda, 2004-dən 2009-a qədər olan müddətdə aktiv vəzifədə olan 9 min 512 əsgərin intihar cəhdində olduğu məlumatına yer verildi. Araşdırmaya görə, ordudakı əsgərlərdən intihar etmək istəyənlərin yüzdə 86-nın kişi, yüzdə 68-nin 30 yaşın altında və yüzdə 60-ı da ağ Amerikalı olduğu bildirildi.
Hərbi səhiyyə sisteminə görə, ölkədəki intiharların təxminən 20 faizi təqaüdçü əsgərlər arasında baş verir.
İraq və Əfqanıstan müharibələrinə qatılan ABŞ ordusunda 2001-2011 illərindəki statistikalar, döyüşün yaşandığı dövrdə intihar hallarının iki qat artdığını ortaya qoyarkən, ABŞ Dövlət Hesab Dairəsinin (Gao) may ayında nəşr olunan ən son hesabatında, ölkədə, 2011-ci ildə 2015-ci ilə qədər olan müddətdə, \”vəzifəsi sui-istifadə\” səbəbiylə göndərilən 91 min 764 əsgərin 57 min 141-ə \”zədə sonrası stress pozuqluğu\” diaqnozu qoyulduğu açıqlanmışdı.
İnterpress.az