41 yaşlı kişi özünü asdı – TƏFƏRRÜATbackend

41 yaşlı kişi özünü asdı – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatalada 41 yaşlı kişinin intiharinın bəzi təfərrüatları məlum olub.

Rayonun Muğanlı kəndindən AzNews.az-a verilən məlumata görə, Muğanlı kənd Bayram Ramazanovun ailəsi çox sakit olub:

“Bayram Ramazanovun gözəl ailəsi var, qızının birini köçürüb. Sakit, başını aşağı salıb işləyən adam idi. Səhhətində heç bir problem olmayıb. Qəfildən səhər durub görüblər ki, özünü asıb”.

Kənd sakinləri hesab edir ki, Bayram Ramazanov borca görə bu addımı atıb:

“Bəlkə də borc götürüb, lakin, qaytara bilməyib”.

Zaqatalada intihar hadisəsi baş verib. Hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü Bayram Ramazan oğlu Ramazanovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən asılı vəziyyətdə aşkar edilib.

***

Hadisə bu gün səhər saat 06 radələrində rayonun Muğanlı kəndində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü Bayram Ramazan oğlu Ramazanovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən asılı vəziyyətdə aşkar edilib.

B. Ramazanovun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. ( apa )

İnterpress.az