Merkel axtardı, Juncker telefonu üzünə bağladıbackend

Merkel axtardı, Juncker telefonu üzünə bağladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Slovakiya baş naziri Robert Fico ilə Brükselde görüşən Jean Claude Junckerin telefonu, Fico ilə mətbuat konfransı üçün kameraların qarşısına keçdiyi əsnada çaldı. Telefonunun səsini eşidən Juncker:-\”Pardon, yoldaşım axtarır dedikdən sonra telefonunun ekranına baxanda, axtaran adamın həyat yoldaşı olmadığını anladı. Axtaran adamın Almaniya Baş naziri Angela Merkel olduğunu görən Juncker: \”Xeyr, məni axtaran Merkeldi dedi. Bunun üzərinə Robert Fico başda olmaq üzrə, Juncker və yoldaşları gülüşdülər.
 
Hal-hazırda tətildə olan Merkelin Junckeri axtarma səbəbi maraq mövzusu olarkən, Alman mətbuatı Merkelin Avropa Birliyinin ən yüksək məhkəməsi olan Avropa Ədalət Divanının Avstriya və Sloveniyanın müraciətinə istiqamətli olaraq ölkələrindəki sığınma tələblərini rəddedəbiləcəyi istiqamətindəki qərarı ola biləcəyini yazdı.
 
Juncker cəbhəsindən Merkelin səbəb axtardığı mövzusunda şərh edilmədi. Hadisəni xəbər kimi verən Alman mətbuatı isə, zarafatlı bir şəkildə \”Merkel axtardı, Juncker telefonu üzünə bağladı\” başlığını istifadə etdi.

İnterpress.az