Xəyanət edən ərini KGB agentlərinin istifadə etdiyi siçan zəhəri ilə öldürdübackend

Xəyanət edən ərini KGB agentlərinin istifadə etdiyi siçan zəhəri ilə öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Rusiyada 28 yaşlı Ekaterina Puzikova, özünü aldadan bankir əri Dmitrini, yeməyinə soyuq müharibə illərində Rus KGB agentlərinin istifadə etdiyi siçan zəhərindən qoyaraq öldürməkdən günahkar olub həbs olundu.
Sirrli ölümündən sonra polisin etdiyi iş nəticəsində bankir Dmitrini, qısqanc arvadı tərəfindən zəhərlənərək öldürüldüyü ortaya çıxmışdı.

2012-ci ildə Puzikova içinə siçan zəhəri qoyduğu kartof əzməsini süfrəyə gətirir.

Əri ilə bərabər zəhərli kartofdan yeyən qonaq də yeddi iflic keçirir.

Dmitry isə yeməkdən dərhal sonra şüurunu itirərək qaldırıldığı xəstəxanada həyatını itirir. Aparılan istintaqda Dmitrinin qanında zəhər tapılır.

Məhkəməyə çıxarılan qadının vəkili müvəkkilinin soyuq müharibə dövründə istifadə edilən zəhəri tapmasının qeyri-mümkün olduğunu söyləməsinə baxmayaraq məhkəmə Puzikovaya doqquz il həbs cəzası verir.
Qeyd edək ki, soyuq müharibə dövründə Rus KGB agentləri, ölkədən qaçan keçmiş agentləri öldürmək üçün bu zəhərdən istifadə edirdilər.

İnterpress.az