Xəzər rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Binə qəsəbəsi, Südçülük sovxozunda qeydə alınıb. Orada yaşayan 1962-ci il təvəllüdlü Əfail İbrahim oğlu Veysəlov özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
İnterpress.az