“Trump ilə eyni fikirdəyəm”…backend

“Trump ilə eyni fikirdəyəm”…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, Abe, Trump ilə görüşündən sonra mətbuata etdiyi şərhdə, \”Ballistik raket sınağı edən Şimali Koreyadan gələ biləcək bir təhdidə qarşı daha çox tədbir alınması mövzusunda Trump ilə eyni fikirdəyəm\” ifadələrini istifadə etdi.
 
Abe, Rusiya və Çin daxil olmaqla beynəlxalq cəmiyyətin bu vəziyyətlə əlaqədar daha ciddi tədbirlər alaraq, Şimali Koreya üzərindəki təzyiqi artırmaq lazım olduğunu qeyd edib.
 
Yaponiya Kabineti katibinin müavini Koiçi Hagiuda da Abe və Trumpın, telefon görüşməsində Şimali Koreyaya qarşı hərbi hərəkatı ələ almadıqlarını bildirib.
 
Ağ Evdən edilən şərhdə, iki liderin, Şimali Koreyanın, ABŞ, Yaponiya, Cənubi Koreya və digər ölkələrə qarşı getdikcə böyüyən ciddi bir təhdid meydana gətirdiyi mövzusunda görüş birliyində olduğu qeyd edilib.
 
Yaponiya baş naziri Şinzo Abe, etdiyi şərhdə, Şimali Koreyanın cümə günü ballistik raket sınağı həyata keçirtdiyini bildirmiş və mərminin, Yaponiyanın aid iqtisadi bölgəsindəki sularına düşdüyünü açıqlamışdı.

İnterpress.az