İnterpress.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, paytaxt Karakas, həmçinin Merida və Taçira ştatlarında Konstitusiya Assambleyasına seçkilərin keçirilməsinə etiraz edənlərlə polis arasında toqquşmalar davam edir.
Bu gün Venesuelada Konstitusiya Assambleyasına seçkilər keçirilir, seçkilər ərəfəsində küçə etirazlarına qadağa qoyub. Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Aprelin 4-də Ali Məhkəmə parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Sonrakı etiraz aksiyalarına səbəb ölkə prezidenti tərəfindən Konstitusiya Assambleyasının çağırılması olub. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.
Aprelin əvvəlindən Venesuelada kütləvi iğtişaşlar nəticəsində 110-dan çox insan ölüb, minlərlə etirazçı yaralanıb. Polis tərəfindən 4 900 nəfər saxlanılıb, onlardan 1 400 qarşı həbs qətimkan tədbiri seçilib.
İnterpress.az