İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, bunun səbəbi isə sərginin İkinci Dünya müharibəsi və lider Adolf Hitlerin yaşatdığı dağıtma prinsipi ilə əlagədar. İllər ərzində Almaniyada bir tabu halını alan Hitler mərkəzində təşkil olunan sərgi, \”Hitler-necə oldu\” adını daşıyır.
Berlindəki vətəndaşların istifadə etdiyi sığınacaqların birində qurulan sərgi, Yəhudi Soyqırımını edən Hitlerin Eva Braun ilə birlikdə intihar etdiyi sığınacağından bir neçə metr uzaqlıqda yerləşir. Hitlerin hekayəsinin izah edildiyi sərginin sonu isə Hitlerin intihar etdiyi otaqda sonlanır. Beləliklə ziyarətçilər Hitlerin otağına dair ilk dəfə bu qədər yaxından baxa bilirlər.
30 Dekabr 1945-ci ildə ölən Hitlerin son dəqiqələrini keçirdiyi otağda diqqət çəkici detallar var. Ayaqlı yüksək bir saat, yerdə böyük ölçüdə xalça və çiçək işləməli üçlü kreslo olduğu otaqda bir də oksigen ballonu var. Otaq kamera ilə izlənilir və ziyarətçilərin fotoşəkil çəkməsi qətiliklə qadağandır.
İnterpress.az