İnterpress.az “Ria Novosti”yə istinadən xəbər verir ki, hökumətin söz mövzusu tezisi müdafiə etdiyi sənəddə AB-dən, Türkiyəyə üzvlük müzakirələri çərçivəsində edilən maliyyə yardımın tamamilə kəsilib kəsiləməyəcəyini araşdırmasını tələb etdiyi bildirildi.
Sənəddə, bu andan etibarən AB-dən Türkiyəyə üzvlük müzakirələri çərçivəsində edilən maliyyə yardımın daha güclü bir şəkildə demokratiya və hüquq dövləti ilə əlaqədar normaların davamını təmin etmək üçün formalaşması lazım olduğu ifadə edildi. Alman hökumətinin AB-dən tələbi: \”Etdiyimiz yardımlar birbaşa vətəndaş cəmiyyətinin xeyrinə olmalıdır\” ifadəsinə yer verildiyinə diqqət çəkildi.
Ayrıca Alman hökumətinin görüşünə görə AB, gömrük birliyinin müasirləşməsi ilə əlaqədar Türkiyə ilə danışıqları dondurmalıdır.
Qeyd edək ki, Almaniya xarici işlər naziri Gabriel, iyul ayında Türkiyə ilə əlaqələrdə göstərilən səbrin sonuna gəlindiyini ifadə edərək Almaniyanın ilk etapda Türkiyəyə istiqamətli üç ayrı nöqtədə fərqli addımlar atacağını açıqlamışdı.
İnterpress.az