Fransız kinosunun unudulmaz adlarından Jeanne Moreau həyatını itirdibackend

Fransız kinosunun unudulmaz adlarından Jeanne Moreau həyatını itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Jeanne Moreau, Catherine Deneuve və Brigitte Bardot ilə birlikdə üç böyük Fransız qadın oyuncusundan biri olaraq tanınırdı. Tənqidçilər, 2 Dünya müharibəsindən sonra Fransız kinosunun onsuz düşünə belə bilmədiklərini vurğulayır. 1928-ci il təvəllüdlü Moreau, restoran sahibi atasının etirazına baxmayaraq aktrisa olmağa qərar verir. 1957-ci ildə Ascenseur pour Léchafaud və Les Amants filmləri ilə karyerasında dönüş nöqtəsi yaşayır..
Louis Malle, Francois Truffaut və Jak Demy kimi bir çox Fransız rejissorun, müvəffəqiyyətlərini Moreauya borclu olduğu bildirilir.
80 yaşlarına qədər aktyorluğu buraxmayan Moreau, eyni zamanda \”Fiziki gözəllik bir üz qarasıdır\” sözü ilə feministlərin ikonu halına gəlmişdi.
Jeanne Moreaunun iz buraxdığı filmlərdən bəziləri; Jean-Luc Godardın idarə etdiyi, Qadın qadındır, Orson Wellesin Kafka romanından uyğunlaşdırdığı Dava və Elia Qəzanın idarə etdiyi Son Patrondu. Moreau əfsanə rejissor Steven Spielberg ilə birlikdə 2008-ci ildə César Onur Mükafatına layiq görülmüşdü.

İnterpress.az