Cəsəd dolu! “Hərəkət edən hər şeyi öldürün!”- FOTObackend

Cəsəd dolu! “Hərəkət edən hər şeyi öldürün!”- FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, yüzlərcə cəsət, bir zamanlar hərəkətli, tarihi bir məhəllədə dağıntıların içində yarı basdırılmış olaraq yatır.

Çürüyən ətin qoxusu, 50 dərəcə istidə sürətlə yayılaraq hiss edilir.
Ayaqlar… dağıntılar arasında ən çox ayaq görünür.
Keçən həftə ərzində, zirehli buldozerlər çökmüş evlər üzərində irəli sürərək, çox sayda cəsədləri söküntü halında daşıyırdı.
Ancaq ölülər getməyi rədd etdi. Çürüyən bədən hissələri, boz rəngdəki divar, toz və qırıq binaların arasında qırmızımtıl qəhvə tonlarında bir rəng halını alır.

\”Middle East Eye\”-a danışan İraqlı Mayor cəsədlərin arasında çox sayda vətəndaşın olduğunu söyləyərək \”Qurtuluş elan edildikdən sonra, hərəkət edən hər şeyin öldürülməsi əmri verildi\” deyir.

Gizli şəkildə danışan Mayor, əmrlərin səhv olduğunu, ancaq ordunun əmrlərə tabe olmaq məcburiyyətində qaldığını deyir.
Mayor, bəzi İraqlı əsgərlər tərəfindən deyilən, Bağdaddakı həbsxanaların daha çox IŞİD\’li məhbus götürə bilməyəcək qədər dolu olduğu iddialarını qınadı və bunları dedi:

\”Bu doğru deyil, çox sayda cəza evimiz var, ancaq indiki əsirlərə daha əvvəl rəftar etdiyimiz kimi davranmırıq. Bu döyüş əvvəlində çox sayda IŞİD-li tutduq və onları kəşfiyyat xidmətlərinə apardıq … Lakin indi çox az həbs edirik.\”

Cəsəd dolu! "Hərəkət edən hər şeyi öldürün!"- FOTO

Cəsəd dolu! "Hərəkət edən hər şeyi öldürün!"- FOTO

Cəsəd dolu! "Hərəkət edən hər şeyi öldürün!"- FOTO

Cəsəd dolu! "Hərəkət edən hər şeyi öldürün!"- FOTO

Cəsəd dolu! "Hərəkət edən hər şeyi öldürün!"- FOTO

Bir neçə həftə əvvəl qurtarılan Köhnə Şəhərin bölgələrində belə, ölüm hələ davam edir.
 
Məhv edilən əl-Nuri Məscidinin qalıqlarının yaxınlığında, qaçan qadınlar və uşaqlar arasında özünü partladan bir qadının bədənindən ayrılan başı bombanın açdığı çuxurun yanında dayanır.
 
Digər tərəfdə, insanların qaçmağı ümid etdiyi və yanına aldığı kiçik şeylər olan, bir saç darağı, qəşəng bir əl çantası, rəngli paltarlar atılmış. Bir də bir qadının qıçı…

İnterpress.az