Ağ Ev: “Prezident bəyanatı diktə etməyib”backend

Ağ Ev: “Prezident bəyanatı diktə etməyib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evin mətbuat katibi Sara Hakkabi Sanders prezidentin iştirakı faktının əhəmiyyətini kiçiltməyə çalışıb.

“Əlbəttə ki, prezident, bəyanatı diktə etməyib. Dediyim kimi o, hər bir atanın etdiyi kimi, sadəcə öz təkliflərini səsləndirib.”

Gənc Trampın yaydığı elektron məktublarda atasının seçki kampaniyası nümayəndələrinin demokrat rəqibləri Hillari Klinton haqqında mənfi məlumatlara sahib olan ruslarla görüş keçirdikləri açıqlanır.

Vasitəçi, rusiyalı vəkil Natalya Veselnitskayanın seçki kampaniyasının rəhbəri Pol Manafort və prezidentin kürəkəni Cared Kuşnerin də iştirak etdiyi Nyu Yorkda görüşündə Klintona zərər vura biləcək məlumatların ötürülməsinə söz verdiyini bildirmişdi.

Konqresin iki komitəsi və xüsusi müstəntiq keçən ilki seçki kampaniyası zamanı Tramp komandasının Rusiya ilə əməkdaşlıq edib-etmədiyini araşdırır (\”Amerikanın səsi\”).

İnterpress.az