Yaponiya hökuməti istefa verdibackend

Yaponiya hökuməti istefa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gündoğar ölkənin nazirlər kabineti tam tərkibdə istefaya gedib. Bu istefa gözlənilirdi. Baş nazir Sindzo Abe istefanı qəbul edib.

Yaponiya hökumətinin yeni tərkibi bu gün müəyyənləşəcək. Əsasən xarici işlər və daxili işlər nazirləri təyin ediləcək. Abe ümumi olaraq nazirlərin yarısını dəyişmək niyyətindədir.

Dəyişiklik xalqın hökumətə və baş nazirə etimadının kəskin şəkildə azalması ilə bağlıdır.

Xarici işlər nazirliyinə Fumio Kisidanın yerinə Taro Kono gətirilib. Kono əvvəlcə administrativ islahatlar naziri olub.

Hakim liberal-demokratlar partiyası Şurasının keçmiş sədri İtsunori Onodera müdafiə naziri təyin edilib. Şuraya bundan sonra keçmiş nazir Kisida rəhbərlik edəcək.

İnterpress.az