Dünən axşam saatlarında İrəvanın Davidaşen kvartalındakı binaların birində partlayış olub. Nəticədə iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılsa da, onlardan biri ölüb. Hadisə yerində işləyən mütəxəssislər iki mina aşkar ediblər.
İrəvanın media mərkəzi bu barədə məlumat verib: \”Xəstəxanaya çatdırılan 32 yaşlı kişi aldığı yaralardan dünyasını dəyişib. 20 yaşlı yaralının vəziyyəti də çox ağırdır. Hadisə yerində iki mina tapılıb\”.
İnsidentin səbəbi araşdırılır.
İnterpress.az