Dövlət başçısı əvvəlcə mədəniyyət və istirahət parkında Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev prezident İlham Əliyevə parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
Bildirilib ki, bu park həm rayon sakinlərinin, həm də qonaqların asudə vaxtlarını səmərəli keçirmək üçün üz tutduqları gözəl məkanlardan biridir.
İnterpress.az