Facebookun qurucusundan siyasətə girmə siqnalıbackend

Facebookun qurucusundan siyasətə girmə siqnalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Zuckerberg, keçən il Donald Trumpın rəqibi olan demokrat Hillari Klintonun kampaniya strategiyasını təşkil edən və ABŞ-ın keçmiş başçısı Barak Obamanın müşaviri olan Joel Benensonı işə götürdü.
Benenson, Facebookun CEO və yoldaşına aid Chan Zuckerberg Initiative adlı STK-da araşdırmaları idarə edəcək.
Zuckerbergin bu hücumundan sonra gənc iş adamının siyasətə girəcəyi iddiaları da gündəmə gəldi. Daha əvvəl siyasi bir karyera hədəflədiyini dilə gətirən Zuckerberg, yaxın zamanda keçirilən anket sorğusuna görə seçkiyə getsə Trump ilə 2020 seçkilərində başabaş mübarizə edə biləcək mövqedə. Zuckerberg ötən yanvar ayında da Obamanın seçki kampaniyalarını icra edən David Plouffeyi vəzifəyə almışdı.

İnterpress.az