ARB 24 xəbər verir ki, Bakı Dövlət Universitetinin Qazax filialının 1-ci kurs tələbəsi, Goranboy sakini Murad Muradov tələbə yoldaşları ilə birgə Ağstafaçayda çimərkən batıb.
Onun meyiti sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertizasının Patoloji Anatomiya Birliyinin Qazax rayon filialına təhvil verilib. Daha sonra cəsəd ailəsinə təqdim olunub.
Murad Muradovla birgə batmaq üzrə olan digər tələbə isə ətrafdakıların köməyi ilə sudan çıxarılıb.
İnterpress.azhttps://youtube.com/watch?v=jhwwHcvVWyk